Reynhard Heydrix | |
---|---|
alm. Reinhard Tristan Eugen Heydrich | |
![]() Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi | |
Vəzifədədir | |
27 sentyabr 1941 - 4 iyun 1942-ci ildən | |
Əvvəlki | Konstantin Fon Neyrat |
Sonrakı | Kurt Dalyuqe |
27 sentyabr 1939-cu il – 4 iyun 1942-ci il | |
Əvvəlki | vəzifə birləşdirilib |
Sonrakı | Henrix Himmler |
Alman Dövlət Gizli Polisinin rəhbəri | |
22 aprel 1939-cu il – 27 sentyabr 1939-cu il | |
Əvvəlki | Rudol Dils |
Sonrakı | Henrix Müller |
İnterpol prezidenti | |
24 avqust 1940-cı il – 4 iyun 1942-ci il | |
Əvvəlki | Otto Ştaynhoylxs |
Sonrakı | Artur Nebe |
Şəxsi məlumatlar | |
Doğum adı | Reinhard Tristan Eugen Heydrich |
Doğum tarixi | |
Doğum yeri | Halle, Merzeburq, Saksoniya, Prussiya krallığı |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Praqa, Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx |
Vəfat səbəbi | güllə yarası[d], sepsis |
Dəfn yeri |
|
Partiya | Nasional Sosialist Alman Fəhlə Partiyası |
Təhsili | Münhen Texniki Universiteti |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, pilot, əsgər |
Atası | Bruno Heydrix |
Anası | Elizabet Heydrix (qız soyadı Karanç) |
Həyat yoldaşı | Lina Heydrix |
Uşaqları | oğulları Klaus (17.06.1933 — 24.10.1943) və Hayder (28.12.1934), qızları Zilke (Silke) (09.04.1939) və Marta (23.07.1942) |
Dini | katolik |
Hərbi xidmət | |
Xidmət illəri | 1926—1931 |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rəhbərlik edib | Gestapo |
Döyüşlər | İkinci Dünya müharibəsi |
Rütbəsi | SS Oberqruppenfüreri və polis generalı |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Reynhard Tristan Oyqen Heydrix (alm. Reinhard Tristan Eugen Heydrich; 1904-cü il martın 7-si Halle, Merzeburq, Saksoniya, Prussiya krallığı — 1942-ci il iyunun 4-də Praqa, Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi (1939-1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941-1942). SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən).
“Yəhudi məsələsinin son həlli”nin təşəbbüskarlarından biri,[1][2][3] və yəhudilərin soyqrımına təkan vermiş Vanze konfransının əsas təşkilatçısı və sonradan onun qərarlarının icraçısı olmuşdur. Heydrix Üçüncü Reyxin daxili düşmənləri ilə mübarizə üzrə fəaliyyət koordinatoru vəzifəsini yerinə yetirmişdir.
Bir çox tarixçilər onu Nasist rejiminin ən müəmmalı üzvlərindən biri hesab edirlər.[4][5][6] Hətta Adolf Hitler onu "dəmir ürəkli adam" adlandırmışdı.[7] Heydrix həbslər, deportasiyalar və qətllər yolu ilə Nasist Partiyasına qarşı müqaviməti axtaran və zərərsizləşdirməkdə ittiham olunan Təhlükəsizlik xidmətinin (SD) qurucusu və rəhbəri idi. O, 1938-ci il 9-10 noyabr tarixlərində Nasist Almaniyasında və Avstriyanın bir hissəsində "Büllur gecə" adı almış yəhudilərə qarşı hücum və talanların təşkilində bir başa əlaqəsi olan şəxs idi. Bu talanlar SA-nın hücum bölükləri və mülki şəxslər tərəfindən həyata keçirilmiş və Holokostun başlanğıcı sayılır. Bohemiya və Moraviya protektoru təyin olunduqdan sonra Praqaya gəldikdə isə Heydrix çex mədəniyyətini boğaraq, Çexiya müqavimətinin üzvlərini sürgün edib edam edərək nasist işğalına qarşı olan müxalifəti aradan qaldırmaqla məşğul oldu. Bunun üçün o ən qədar üsullardan belə çəkinməmişdir. O, Avropa ölkələrini bir-birinin ardınca istila edən alman ordularının arxasınca gedən və 1,3 milyon yəhudi də daxil olmaqla kütləvi qırğınlar törədən, iki milyondan çox insanın ölümünə səbəb olan xüsusi təyinatlı qüvvələr olan "Einsatzgruppe"nin yaradılmasında birbaşa məsuliyyət daşıyırdı.
Heydrix Böyük Britaniya xüsusi xidmət orqanı "Xüsusi Əməliyyatlar İdarəsi" və Çexoslovakiyanın Qurtuluş Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) tərəfindən hazırlanan və həyata keçirilən "Antropoid" diversiya əməliyyatı nəticəsində sui-qəsd cəhdindən sonra ölmüşdür. Sui-qəsdin birbaşa icraçıları agentlər Yozef Qabşik və Yan Kubiş idilər. Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Praqada kütləvi axtarışlara başlanıldı və 201 qadın da daxil olmaqla 1331 çex öldürüldü. 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidiçe və Lezaki kəndləri təmamilə məhv edildi. Əhalisi güllələndi və konsentrasiya düşərgələrinə göndərildi. Sui-qəsdçiləri gizlətdiyi üçün Çex Pravoslav Kilsəsinin yepiskopu və bir çox ruhaniləri güllələndi. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi.[8]